Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İran parlamentinin sədri: "Azərbaycanla münasibətlərin daha da gücləndirilməsində maraqlıyıq"
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.
Oxu.Az xəbər verir ki, İran parlamentinin sədri ölkəsinin Azərbaycanla münasibətlərin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
M.Qalibaf bildirib ki, Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir və onlar ölkəmizlə münasibətlərə xüsusi əhəmiyyət verirlər. O, İranın yeni seçilmiş rəhbərliyinin siyasətində qonşu ölkələrlə münasibətlərdə heç bir dəyişikliyin olmadığını, parlamentlər səviyyəsində də əlaqələrin daha da genişləndirilməsi istiqamətində mövqeyin davam edəcəyini söyləyib.
Qeyd olunub ki, İran yaxşı qonşuluq, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsinin bütün regionda sülh və təhlükəsizliyə töhfə verəcəyinə inanır. Bildirilib ki, biz iqtisadi əməkdaşlıq, nəqliyyat, regional kommunikasiya imkanlarından geniş istifadə etməliyik. İran parlamentinin sədri "3+3" formatında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
S.Qafarova ölkələrimizin və xalqlarımızın ortaq tarixi, mədəni, dini dəyərləri bölüşdüklərini qeyd edib, ölkələrimiz arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb. O, ikitərəfli formatda əldə edilmiş razılaşmaların, həyata keçirilən birgə layihələrin əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan regionda sülh və təhlükəsizliyin, əməkdaşlığın təmin olunmasına böyük əhəmiyyət verir və ölkəmiz sülhpərvər siyasət həyata keçirir.
Görüşdə parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Qeyd edilib ki, bu il hər iki ölkədə parlament seçkiləri keçirilib. Azərbaycan və İran parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yeni tərkibləri formalaşdırılıb. Qanunverici orqanlarımızın bir sıra beynəlxalq parlament təşkilatları çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğu diqqətə çatdırılıb.
Görüşdə cari ilin noyabrında Bakıda COP-29 çərçivəsində keçiriləcək Parlament Konfransı ilə bağlı məsələlər də müzakirə edilib. Parlamentlərin iqlim dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf arasında görüş olub.
Oxu.Az bu barədə İranın "Tasnim" agentliyinə istinadən xəbər verib.
Qeyd olunur ki, görüş Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində baş tutub.
"Sahibə Qafarova" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "44 günlük Vətən müharibəsi və antiterror tədbirləri haqsızlığa son qoydu"
- Sahibə Qafarova: "AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırlar"
- Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb
- Parlamentdə ucuz şou: Deputatların "odlu-alovlu" populizmi
- Spiker Sahibə Qafarova deputatlara irad bildirib