Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanla İran arasında əməkdaşlığın gələcək inkişaf pespektivləri müzakirə olunub
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az İRNA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb.
Görüşdə, həmçinin regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Şahin Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyanın 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdədir.
"Azərbaycan-İran münasibətləri" teqi üzrə xəbərlər
- Azərbaycana qarşı sərsəm fikirlər səsləndirən Qəzvinin cümə imamı vəzifəsindən uzaqlaşdırıldı
- İran-Azərbaycan sərhədində yeni gömrük terminalı tikilir
- Azərbaycan səfiri İranın XİN nümayəndəsi ilə görüşüb
- Orxan Əsgərovun atasından Azərbaycan səfirliyinə terror hücumu edən şəxsin edam xəbərinə REAKSİYA
- Araz çayı üzərindəki avtomobil körpüsünün tikintisi bu ilin yazında başa çatdırılacaq