Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İlham Əliyev Davosda Henrik Poulsen və Yakob Aarup-Andersen ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında "Carlsberg Group" şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Henrik Poulsen rəhbərlik etdiyi şirkətin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə mövcud olan investisiya mühitindən razılığını ifadə edib, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
"Carlsberg Group"un ölkədə istehsal olunan məhsullarının lokallaşdırılma səviyyəsinin artırılması və şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlətimizin başçısına məlumat verilib.
Görüşdə "Carlsberg Group" şirkəti ilə əməkdaşlıq məsələlərinə toxunulub.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
- İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub
- Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir
- Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür