Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Amerika Birləşmiş Ştatları və Ermənistanın "Tramp marşrutu" ilə bağlı işçi qrupu fəaliyyətə başladı. Dövlət katibinin müavini İrəvanda baş nazir Nikol Paşinyanla detalları müzakirə etdi.
Rusiya Qara dənizdə Türkiyəyə məxsus gəmini vurdu. Partlayış təhlükəsi səbəbindən Rumıniyada sakinlər təxliyə edildi.
Xəzər dənizi sürətlə quruyur. Qazaxıstanda dəniz suyu 35 kilometr geriləyib. Ölkənin hidrometeoroloji xidməti həyəcan təbili çalır.
Saxta elanlarla yüzlərlə vətəndaşı aldadan kiberdələduzlar ifşa olundu. Daxili İşlər Nazirliyi məlumat yaydı.
Goranboy Rayon İcra Hakimiyyətindəki qəbulda qalmaqal. Vəzifəli şəxs başçının müavininə hücum etdi, həbs olundu.
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: