Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə səfir özünün "X" hesabında paylaşım edib.
"Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla məhsuldar görüş keçirib səmərəli müzakirə apardıq. Azərbaycanın göndərdiyi humanitar yardımın yeni partiyası - enerji avadanlığı artıq Ukraynaya çatdırılıb. Bunun üçün minnətdarıq. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün birgə addımlar barədə razılığa gəldik", - deyə diplomat vurğulayıb.
🤝 Productive meeting and fruitful discussion with Deputy FM of Azerbaijan Samir Sharifov. Grateful for the new batch of 🇦🇿 humanitarian aid — energy equipment already delivered to 🇺🇦.
— Yuriy Husyev (@Husyev) September 3, 2025
Agreed on joint steps to further strengthen our strategic partnership. @UKRinAZE pic.twitter.com/8B2njMjTQo