Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Səfir: "Qaro Paylanın xam xəyalına son qoyulmalıdır"
"Qaro Paylanın xam xəyalına son qoyulmalıdır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı soyqırımına həsr edilən anım mərasimində çıxışında deyib.
Səfir erməniəsilli sabiq millət vəkili Qaro Paylanın Ermənistan mətbuatındakı bəyanatına öz etirazını ifadə edib.
Qeyd edək ki, Paylan bəyanatında ABŞ və Fransanın dəstəyi ilə yenidən Qarabağ problemini gündəmə gətirməyi bildirib.
TBMM-də 25, 26 və 27-ci dönəmlərdə millət vəkili olan Qaro Paylanın son açıqlamalarını "erməni xalqının düşüncəsini zəhərləyən çıxış" adlandıran səfir vurğulayıb ki, bu cür məsuliyyətsiz davranışlara görə sabiq millət vəkili Türkiyə ictimaiyyəti tərəfindən şiddətlə qınanmalıdır:
"Əks təqdirdə sülh müqaviləsinin imzalanmasına mane olan bu cür təxribatlar Ermənistanı yenidən müharibəyə sövq edə bilər".
"Xocalı soyqırımı" teqi üzrə xəbərlər
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"
- Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
- Əli və Bəxtiyarın qətli ilə başlayan faciələrimiz...
- Düşmənə gözdağı - "Ermənistanın xarabalığa çevirdiyi ərazilərdə möhtəşəm yaşayış binaları tikilir"
- Malıbəyli və Quşçular qətliamından 33 il ötür