"Seneqalın beynəlxalq əməkdaşlıq üzrə eksperti kimi Qərbi Azərbaycan İcmasını və azərbaycanlıların öz torpaqlarına ləyaqətli qayıdışını dəstəkləmək üçün Bakıya gəlməkdən çox məmnunam".
Bunu Oxu.Az-a açıqlamasında seneqallı ekspert Cili Mbaye Fal Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" adlı beynəlxalq konfrans çərçivəsində deyib.
O bildirib ki, mədəni irs xalqlar arasında dialoqun, qarşılıqlı anlaşmanın və barışığın təşviqində mühüm rol oynayır:
"Mən Bakıya Prezident İlham Əliyevin, vitse-prezident Mehriban Əliyevanın və Azərbaycan xalqının sülh və təhlükəsizlik naminə göstərdiyi böyük liderliyi dəstəkləmək üçün gəlmişəm. Hesab edirəm ki, azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı Qafqazda və ümumilikdə beynəlxalq münasibətlərdə ədalət və sülhün bərpasıdır".
Mərahim Nəsib