Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Serbiya prezidenti Moskvada keçiriləcək 9 May tədbirlərində iştirak edəcək
Serbiya Prezidenti Aleksandar Vuçiç Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Moskvaya gedib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilir ki, serb liderinin təyyarəsi əvvəlcə yanacaq doldurmaq məqsədilə Bakıya eniş edib, daha sonra Moskvaya yola düşüb.

Serbiyanın Prezidenti Aleksandar Vuçiçin təyyarəsi artıq Bakıdan Moskvaya uçub.
Oxu.Az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Qələbə paradında iştirak etmək üçün Moskvaya səfərə yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçi daşıyan təyyarə Bakıya məcburi eniş etmək məcburiyyətində qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Informer.rs portalı məlumat yayıb.
Məlumata görə, A.Vuçiçin təyyarəsi Ukraynadakı müharibə və Rusiyanın hava məkanındakı hərbi əməliyyatlar səbəbindən Azərbaycan paytaxtına eniş etmək məcburiyyətində qalıb.