Nazim Sadıqov Bakıdakı döyüşdə qalib gələcəyi təqdirdə mikrofonla hansı fikirləri deyəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanın MMA (qarışıq döyüş növləri) döyüşçüsü Nazim Sadıqov bunu xüsusi sessiya zamanı bildirib. O qeyd edib ki, qələbədən sonra yerli publika önündə "Yaşasın Azərbaycan", "Var olsun Azərbaycan" ifadələrini işlətməyi ürəkdən istəyir.
Qeyd edək ki, "UFC Fight Night" iyunun 21-də Bakıda keçiriləcək. Nazim Sadıqov Nikolas Motta (Braziliya) ilə üz-üzə gələcək.
Xatırladaq ki, Nazim Sadıqov fevralın 16-da UFC turnirində növbəti döyüşünü keçirib. O, ABŞ-nin Las-Veqas şəhərində keçirilən qarşılaşmada Braziliyadan olan İsmael Bonfim ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə texniki nokautla qalib gəlib. Beləliklə, Nazim Sadıqov UFC-də 10-cu qələbəsini qazanıb.
Təhməz Əsədov