Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nazim Sadıqov: "Mən özümü böyük döyüşlər üçün 100% hazır hiss edirəm"
"Mən özümü böyük döyüşlər üçün 100% hazır hiss edirəm".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın MMA (qarışıq döyüş növləri) döyüşçüsü Nazim Sadıqov xüsusi sessiya zamanı bildirib.
UFC-də çıxış edən idmançı hazırda iyunun 21-də Bakıda keçiriləcək "UFC Fight Night" turnirinə ciddi şəkildə hazırlaşır. O, həmin turnirdə braziliyalı rəqibi Nikolas Motta ilə qarşılaşacaq. Sadıqov bu döyüşün onun üçün mühüm mərhələ olduğunu və daha yüksək səviyyəli qarşılaşmalara yol aça biləcəyini vurğulayıb:
"Bakıdakı turnir mənim üçün yaxşı döyüş və əsl şou olacaq. Bu səbəbdən xüsusi hazırlaşıram".
Nazim Sadıqov çəkisini dəyişmək niyyətində olmadığını da bildirib:
"Çəkimi dəyişmək fikrində deyiləm. Bilirəm ki, UFC-nin yüngül çəkisində ən ağır döyüşlər olur".
Təmsilçimiz rəqibi Motta ilə bağlı da fikirlərini bölüşüb. O, rəqibini çoxdan tanıdığını və onun ayaqüstə yaxşı döyüşdüyünü qeyd edib:
"Mən də döyüşü tez bitirməyi sevirəm. Burada taktiki savaş olacaq. Hər cəhətdən hazıram. Döyüşü nokautla da, boğucu fəndlə də bitirə bilərəm."
Sadıqov doğma publika qarşısında çıxış etməyin onun üçün əlavə motivasiya yaratdığını, eyni zamanda müəyyən təzyiqlər doğurduğunu etiraf edib:
"Doğma publika önündə çıxış edəcəyimdən mənə əlavə təzyiq olacaq. Amma bu mənə motivasiya verir".
O, Rafael Fiziyevin döyüşü barədə xüsusi danışmadığını desə də, Fiziyevin üstün çıxacağına inandığını bildirib.
Qeyd edək ki, Nazim Sadıqov son döyüşünü 2024-cü il fevralın 16-da Las-Veqasda keçirib. O, braziliyalı İsmael Bonfimi texniki nokautla məğlub edərək UFC-də 10-cu qələbəsini qazanıb.
Təhməz Əsədov
"Nazim Sadıqov" teqi üzrə xəbərlər
- Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxovun Bakıdakı yarışda şansları dəyərləndirildi
- Nazim Sadıqov Bakıdakı döyüşdə qalib gələrsə, nə deyəcəyini açıqlayıb
- Azərbaycanlı idmançı: "Həmişə arzulamışam ki, doğma publika önündə çıxış edim"
- Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək döyüşçülərimizin siyahısı bəlli olub
- Azərbaycanlı döyüşçü UFC turnirində növbəti qələbəsini qazanıb