Serbiya Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvini təklif edir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla Bakıda keçirilən görüşdə Serbiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç bildirib.
Öz növbəsində Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bu məsələ ilə bağlı fikir bildirib.
“Biz Serbiyanın bu təklifini nəzərdən keçirəcəyik və qısa bir vaxtda öz cavabımızı bildirəcəyik”, - deyə, Məmmədyarov bəyan edib.