Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Səudiyyə Ərəbistanı İsrailə qarşı şərtini irəli sürdü
Rəsmi Ər-Riyad işğal və zorla köçürmə daxil olmaqla, fələstinlilərin hüquqlarının pozulmasına yönəlik hər hansı hərəkəti qəbul etmir.
Oxu.Az-ın xəbərinə görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın fələstinlilərin gələcək yaşayışlarına dair sözlərindən sonra belə bir bəyanat yayıb.
Bundan başqa, XİN-in "X" sosial şəbəkəsindəki hesabında müstəqil Fələstin dövləti yaradılmadan İsraillə diplomatik əlaqələrin qurulmayacağı yazılıb.
Xatırladaq ki, Ağ Evin rəhbəri İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbətində fələstinlilərin İordaniya və Misir daxil olmaqla, başqa ölkələrə köçürülməsini təklif edib.
"Səudiyyə Ərəbistanı" teqi üzrə xəbərlər
- Ukrayna ABŞ-nin atəşkəs təklifini qəbul edib
- Rubio Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndələrinin görüşü barədə: "Zelenski olmayacaq"
- Zelenski Səudiyyə Ərəbistanına getdi
- Britaniya Kiyevi ABŞ ilə Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlara hazırlayır
- ABŞ və Rusiya nümayəndələri Səudiyyə Ərəbistanında görüşəcəklər