Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şimali Kipr Türk Cümhuriyyəti prezidentinin Azərbaycana səfəri başlayıb
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edək ki, o, iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin baş katibinin də iştirakı gözlənilir.
Sammitdən sonra Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digər mühüm sənədlərin imzalanması gözlənilir. Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub
- Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
- Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
- Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi
- Prezident "Nəqliyyat haqqında" Qanunda dəyişiklik barədə Fərman imzaladı