Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da ölkəmizə səfərə gəlib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Şimali Kipr Prezidentini Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.
Şimali Kipr Türk Respublikasının prezidenti Azərbaycana səfərə gəlib