Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
SOCAR Özbəkistanda "İqtisadiyyatın əsas istiqamətləri - ümumi rifaha doğru addım" sərgisinə qatılıb
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Daşkənddə Azərbaycan məhsullarına və ölkədə göstərilən xidmətlərə həsr olunan "İqtisadiyyatın əsas istiqamətləri - ümumi rifaha doğru addım" adlı sərgidə öz stendi ilə təmsil olunur.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunan sərgidə SOCAR stendi çoxsaylı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Stenddə SOCAR-ın fəaliyyət istiqamətlərinə, o cümlədən apstrim, midstrim, daunstrim, "Yaşıl gündəlik" və insan kapitalı üzrə əldə olunan ən son nailiyyətlərə dair məlumatlar "touch screen" ilə idarə olunan 5 LED monitor vasitəsilə Azərbaycan, rus və ingilis dillərində təqdim edilir.
Stenddə, həmçinin SOCAR-ın müxtəlif ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri barədə məlumatlar əldə etmək mümkündür.
Burada "Şahdəniz Alfa" platforması, oradan boru ilə qazın Gürcüstan vasitəsi ilə Türkiyəyə ötürülməsi və yayılması, eyni zamanda, həyata keçirilən fəaliyyətdə insan kapitalının vacibliyi neftçi obrazı ilə 3D effektlərlə təqdim edilir. Stenddə, eyni zamanda "Şahdəniz Bravo" platformasının maketi 3D (LED) Fanlarla nümayiş etdirilir.
SOCAR stendində, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan məhsullar, o cümlədən Aİ 92 və Aİ 95 markalı benzin, neft koksu, kerosin, nafta, bitumen və dizel təqdim olunur.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Neft məhsullarının ölkə ərazisində daşınması xərcləri ilə bağlı qaydalar dəyişdirilir
- Naxçıvan Qaz İstismar Xidmətinin funksiyaları SOCAR-a ötürüləcək
- Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq
- "SOCAR Türkiyə"nin gələn il üçün hədəfləri müzakirə edilib
- SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirilib