8 Noyabr - Zəfər Günü münasibətilə bölgələrdə hərbçilərin Zəfər yürüşü keçirilib.
Oxu.Az xəbər verir ki, yürüş Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Laçın şəhərində Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Laçının Bayraq meydanından başlayan yürüş şəhərin mərkəzi prospekti boyunca müəyyən olunan marşrut üzrə davam edərək başladığı yerdə başa çatıb.
Əsgərlərin nizami yürüşü şəhər sakinlərinin alqışları ilə müşayiət olunub.
Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, şəhərin Bayraq Meydanından başlayan yürüş Qala divarlarına qədər davam edəcək.
Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüşdə ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edirlər.
10:26
Naxçıvan şəhərində Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş keçirilir.
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının, Heydər Əliyev adına Hərbi Liseyin və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantlarının iştirakı ilə şəhərin Dilqəm Pişəvəri küçəsindən başlayan yürüş Zəfər Parkında başa çatacaq.
Sumqayıt və Xankəndi şəhərində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbçilərin yürüşü keçirilir.
Oxu.Az "Report"a istinadla verir ki, hərbçilərin yürüşü Sumqayıt şəhərinin Dənizkənarı Bulvar ərazisindən, Xankəndidə isə şəhərin mərkəzi meydanından başlayıb.
Yürüşü izləmək üçün küçələrə toplaşan şəhər sakinləri hərbçiləri salamlayaraq, Zəfər münasibətilə şüarlar səsləndirirlər.



