Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
"Report" xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu gün Şuşadan olan, ölkənin müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 21 ailə (79 nəfər) - keçmiş məcburi köçkünlər doğma şəhərə yola salınıb.
Beləliklə, Şuşa şəhərinə köçürülənlərin ümumi sayı 570 nəfərə (147 ailə) çatıb.
Şuşa şəhərinə növbəti köç karvanı Bakıdan yola düşüb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Şuşa şəhərinə 21 ailə - 79 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınır.
Oxu.Az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı iyulun 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola düşür.
Bu mərhələdə Şuşa şəhərinə 21 ailə - 79 nəfər, o cümlədən Bakı şəhərindən 18 ailə (68 nəfər); Tərtər rayonundan - 1 ailə (5 nəfər); Abşeron rayonundan - 1 ailə (4 nəfər); Ağcabədi rayonundan - 1 ailə (2 nəfər) köçürülür.
Tərtər və Ağcabədi rayonlarında məskunlaşmış 2 ailə (7 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 147 ailənin, yəni 570 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova