Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qazaxıstanın nazir müavini: "Hava məkanımıza daxil olduqdan 28 dəqiqə sonra təyyarə ilə əlaqə itib"
"Qəzaya uğrayan təyyarə ölkəmizin hava məkanına yerli vaxtla 11:00-da daxil olub, 28 dəqiqə sonra isə hava gəmisi ilə əlaqə itib".
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev deyib.
Onun sözlərinə görə, əlaqə kəsilməzdən əvvəl təyyarə hava limanı yaxınlığında iki dəfə dövrə vurub, üçüncüdə isə yerə çırpılıb.
Qazaxıstanda baş vermiş təyyarə qəzasında AZAL-a məxsus təyyarənin göyərtəsində olan 14 Azərbaycan vətəndaşı sağ qalıb.
Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
"Göyərtədə 37 Azərbaycan vətəndaşı olub. Onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Təyyarədə, həmçinin 16 Rusiya vətəndaşı olub - 7-si həlak olub, 9-u sağ qalıb. Qırğızıstandan olan üç sərnişin isə sağ qalıb. Təəssüf ki, Qazaxıstandan olan altı sərnişinin hamısı həlak olub", - deyə Karabayev Aktauda keçirdiyi brifinqdə bildirib.
Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində ekipaj üzvlərindən iki nəfər həlak olub.
Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat naziri Marat Karabayev brifinqdə məlumat verib.
Nazir bildirib ki, ekipaj heyətindən üç nəfər sağ qalıb və onların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.
Oxu.Az "Tengrinews"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.
"Vəziyyət o qədər də yaxşı deyil, 38 nəfər həlak olub", - Bozumbayev Aktauda Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşdə bildirib.
Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya yerləşdirilən 29 nəfərdən 11-nin vəziyyəti ağırdır.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Manqistau vilayətinin Səhiyyə Xidmətindən məlumat verilib.
Bildirilib ki, yerli tibb personalına dəstək göstərmək məqsədilə Astanadan xüsusi tibbi-sanitar təyyarə ilə Səhiyyə Nazirliyi yanında Fövqəladə Səhiyyə üzrə Milli Koordinasiya Mərkəzinin mobil briqadası göndərilib. Heyətdə iki reanimatoloq, dörd travmatoloq, bir neyrocərrah və yanıq üzrə mütəxəssis yer alıb.
Eyni zamanda, səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti şəxsən öz üzərinə götürərək, yaralılardan bir neçəsini müayinə edib.
Bildirilib ki, Manqistau Uşaq Xəstəxanasında müalicə olunan iki azyaşlı üzərində cərrahiyyə əməliyyatı aparılacaq.
Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğradıqdan sonra salonunda çəkilmiş görüntülər yayımlanıb.
Oxu.Az sosial şəbəkələrə istinadən həmin videonu təqdim edir:
(Diqqət! Video həssas görüntülər ehtiva edir)
Qazaxıstanda Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsində 32 sərnişin sağ qalıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə AZAL-ın brifinqində bəyan edilib.
Bildirilir ki, sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır.
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarədə sağ qalanlar arasında 10 Rusiya, 14 Azərbaycan, 2 Qırğızıstan vətəndaşı var.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, 3 nəfərin vətəndaşlığı müəyyən edilməyib.
Aktauda qəzaya uğrayan Bakı-Qroznı təyyarəsinin sərnişinlərindən 4 nəfərinin cəsədi aşkarlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Həkimlərin məlumatına görə, cəsədlər Aktauda təyyarənin qəzaya uğradığı ərazidə tapılıb.
Həmçinin regional səhiyyə idarəsindən bildirildiyinə görə, qəza nəticəsində 29 nəfər yaralı halda xəstəxanaya çatdırılıb, onlardan 11 nəfər reanimasiya şöbəsinə yerləşdirilib.
AZAL J2-8243 nömrəli Bakı-Qroznı reysində olan ekipaj üzvlərinin siyahısını açıqlayıb.
AZAL-dan Oxu.Az-a verilən məlumata görə, təyyarədə olan ekipaj üzvləri bunlar olub:
1. Kşnyakin İqor
2. Kalyaninov Aleksandr
3. Əliyeva Hökümə
4. Əsadov Zülfüqar
5. Rəhimli Aydan
Aktauda qəzaya uğrayan Bakı-Qroznı reysinin sərnişinlərinin siyahısı açıqlanıb.
Oxu.Az AZAL-a istinadən həmin siyahını təqdim edir:
1. Ağayev Ramin
2. Əhmədov Rəşad
3. Əlimirzəyeva Xədicə
4. Əlimirzoyev Əli
5. Əliyev Zamin İdris
6. Anqbazova Maleyka
7. Arsbayeva Ceyran
8. Arsbayeva Madina
9. Asanov Rinat
10. Atsayeva Zaira
11. Babayev Anar
12. Bayramova Leyla
13. Bayramzadə Ayhan
14. Bislieva Cəmilə
15. Devrişov Samir
16. Devrişov Tofik
17. Cünüşaliyev Erlan
18. Ediev Uvais
19. Eqanov Məhəmmədəli
20. Evstiqneeva Kristin
21. Filiyev Ramazan
22. Qədirov Heydər
23. Qistarov İbrahim
24. Qistarov Rəşid
25. Qoqamova Möminat
26. Qurbaxov Həmzət
27. İandarov Arbi
28. İbrahimov Ramin
29. İgidova Nərminə
30. İsmayılov İsmayıl
31. İsmayılov Həbib
32. Cəfərov Toğrul
33. Cəlilov Nizami
34. Carayev Arif
35. Carayev Hacibrahim
36. Carayev Mahir
37. Ceerov Xızrı
38. Ceerova Salihət
39. Cüməqulov Bauyrcan
40. Cütayeva Salima
41. Xalayeva Hafisət
42. Kostiyev İbrahimxan
43. Maxsudova Qalina
44. Məmedov Zaur
45. Mehdiev Yadigar
46. Mustafayev Faiq
47. Omarova Leyla
48. Osmonov Tilek
49. Papaxov Mahəmməd
50. Rəximov Subxonkul
51. Sadıqov Qoşqar
52. Səidullayev Zinatul
53. Şabanova Vafa
54. Şaimərdanova Qauk
55. Siracov Nurullah
56. Siracova Müslimat
57. Tuleşsinov Sandibek
58. Tutunçiyev Mahmud
59. Ubaev Arbi
60. Yeznayeva Rana
61. Cəməlullail Medin
62. Cumaqat Eldar
Aktauda təyyarə qəzası nəticəsində sağ qalan 28 nəfər, o cümlədən üç uşaq xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, yeddi nəfərin vəziyyəti ağırdır, onlar xəstəxananın reanimasiya şöbəsindədirlər.
Aktauda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlar Mangistaudakı xəstəxanaya aparılıblar.
Oxu.Az bununla bağlı görüntüləri təqdim edir:
Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı olub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyi bildirib.
Bakı-Qroznı marşrutu üzrə uçan, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin 25 sərnişini Qazaxıstanın Mangistau vilayətində yerləşən regional xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qəza zamanı sağ qalan şəxslərin xilasedilmə görüntülərini təqdim edirik:
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 11 texnikası və 52 nəfərlik canlı heyət üzvü Bakı-Qroznı reysi ilə uçan, lakin Aktauda qəzaya uğrayan təyyarənin söndürülməsinə cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Digər məlumatı isə Qazaxıstanın Mangistau vilayətinin səhiyyə idarəsi yayıb.
"Təyyarə qəzası nəticəsində 12 nəfər (onlardan biri uşaqdır) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Aktaudakı Mangistau regional xəstəxanasına çatdırılıb. Ümumilikdə təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub", - səhiyyə idarəsinin məlumatında qeyd olunur.
Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Bununla bağlı Oxu.Az-a AZAL-dan məlumat verilib.
Bildirilib ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə, sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
"Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir", - məlumatda qeyd edilib.
Aktauda qəzaya uğrayan təyyarədə ilkin məlumata görə 60 rusiyalı olub.
Oxu.Az-ın "Orda"ya istinadla verdiyi məlumata görə, bu barədə Qazaxıstan səhiyyə naziri Akmaral Alnazarov bildirib.
Qroznıdakı duman səbəbindən Bakıdan gələn təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönəldilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Çeçenistan paytaxtının hava limanının Mətbuat Xidməti xəbər verib.
Aktauda sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən görüntülər yayılıb.
İlkin məlumata görə, sağ qalanlar var.
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Bununla bağlı Oxu.Az-a AZAL-dan məlumat verilib.
İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Azərbaycandan Çeçenistan Respublikasının paytaxtına uçan təyyarə Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Orda" nəşri xəbər yayıb.
Bildirilir ki, təyyarə "Azərbaycan Hava Yolları"na məxsus olub. Təyyarənin Bakıdan Qroznıya uçduğu vurğulanır.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Təyyarə qəzasında həlak olanların cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək - RƏSMİ
- Təyyarə qəzasında həlak olan Bakı Avrasiya Universitetinin tələbəsinin FOTOSU
- Təyyarə qəzasında həlak olduğu ehtimal edilən stüardessanın atası DANIŞDI: "Zəng edib dedilər ki, başınız sağ olsun!"
- Qəza ilə bağlı psixoloji dəstək qrupu YARADILDI
- Matəm günü ilə əlaqədar teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər TƏXİRƏ SALINDI
Rəylər