Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev təşkilatın simvolik UN80 nizamnaməsini imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsi simvolik UN80 Nizamnaməsini imzalayaraq, Azərbaycanın nizamnamənin məqsəd və prinsiplərinə davamlı sadiqliyini, həmçinin səmərəli çoxtərəfliliyə və beynəlxalq əməkdaşlığa sarsılmaz dəstəyini bir daha təsdiq edib", - paylaşımda bildirilib.
Qeyd edək ki, BMT-nin 80 illiyi və UN80 təşəbbüsü, təşkilatın quruluşunun 80-ci ildönümü münasibətilə baş katib Antonio Quterreş tərəfindən başladılan qlobal islahat prosesidir. Məqsəd BMT-ni müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır.