Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında ABŞ və İsrail koalisiyası ilə İran arasındakı müharibədə son vəziyyət barədə müzakirə aparılıb.
Tramp sülh deyir, Netanyahu müharibə: Vaşinqtonda çətin danışıq olacaq? Tehrandan ağır tələblər: ABŞ və İsrail bunu qəbul edəcək? ABŞ-də hamı çaşqınlıq içində: Savaş quru qoşunları ilə davam edəcək? Hörmüz boğazında təhlükə: İran dəniz minaları yerləşdirir?
Verilişdə politoloq Məhəmməd Əsədullazadə, siyasi şərhçi Telman Nüsrətoğlu, siyasi təhlilçi Taleh Şahsuvarlı ilə bu və digər suallara aydınlıq gətirilib.