Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyənin vitse-prezidenti Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə C.Yılmaz sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, görüşdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin çatdığı qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsinin daha da irəlilədilməsi üçün konkret addımlar müzakirə edilib:
"Görüşdə regional prosesləri də qiymətləndirdik. Cənab Vəliyevə və onun nümayəndə heyətinə səmimi və konstruktiv yanaşmalarına görə təşəkkür edirəm.
Qardaş Azərbaycanla əməkdaşlığımızı "bir millət, iki dövlət" anlayışı çərçivəsində, etimad və həmrəylik əsasında qətiyyətlə davam etdirəcəyik".
"Cevdet Yılmaz" teqi üzrə xəbərlər
- Cevdet Yılmaz: "Azərbaycana hər cür şəraitdə dəstək verəcəyik"
- Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
- KİV: Türkiyə hökumətindəki mümkün dəyişikliklər əsas nazirləri əhatə etməyəcək
- Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verdi
- Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb