Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz aprelin 2-də Azərbaycana səfərə gəlib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz aprelin 2-də rəsmi səfərlə Azərbaycana gələcək.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
C.Yılmaz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının iştirakı ilə təşkil ediləcək görüşə qatılacaq.
Proqram çərçivəsində C.Yılmaz Heydər Əliyev Mədəniyyət Mərkəzini ziyarət edəcək və Azərbaycan Milli Xalça Muzeyində olacaq.
O, səfər zamanı Azərbaycanın Baş naziri Əli Əsədov ilə görüş keçirəcək.