İstanbuldakı görüşdən əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerovun başçılıq etdiyi nümayəndə heyəti Ankaraya gələrək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mühüm görüş keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak özünün "Telegram" kanalında paylaşım edib.
"Biz Rusiya ilə müharibə boyu Ukraynaya ardıcıl siyasi dəstəyə görə Türkiyəyə və Prezident Ərdoğana təşəkkür etdik.
Biz, həmçinin Türkiyəyə danışıqlar platforması təqdim etmək və Ukrayna üçün ədalətli və davamlı sülhün əldə olunmasına yönəlmiş diplomatik səyləri asanlaşdırmaq istəyinə görə minnətdarıq.
Biz təhlükəsizlik vəziyyətini, regional sabitliyə çağırışları, dövlətlərimiz arasında müdafiə sahəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə etdik.
Bu gün, həmçinin Türkiyə prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc və Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdük.
Konstruktiv söhbət. Görüş üçün təşəkkür edirik", - deyə Ukrayna Prezidenti Aparatının rəhbəri qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakı qəbul edib.
Bu barədə Oxu.Az TRT Haber-ə istinadən xəbər verir.
Məlumata görə, Prezident iqamətgahında baş tutan görüş mətbuata qapalı keçirilib.
Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Türkiyəyə gələn Ukrayna nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Görüşün digər təfərrüatı barədə məlumat verilmir.