Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vahid Hacıyev: “Zəngilanın bölgədə böyük logistik mərkəzə çevrilmə potensialı var”
Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Bizim.Media xəbər verir ki, konfransda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edib.
O bildirib ki, hazırda Ağalı kəndində 175 ailədən ibarət 871 sakin yaşayır.
“Böyük Qayıdışa dair Dövlət Proqramı”na görə 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı, Zəngilanda 3 şəhər, 5 qəsəbə, 24 kənd tikiləcək. Zəngilan nəqliyyat qovşağı olacaq.
Bundan başqa, İranla ticarət və nəqliyyat əlaqələrinin inkişafı üçün Ağbənddə yeni yolun təməli qoyuldu. Bununla da, Zəngilanın bölgədə böyük logistik mərkəzə çevrilmə potensialı var”, - deyə Vahid Hacıyev əlavə edib.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Səhiyyə Nazirliyi bölgələrdə kardioloji müayinələr keçirib
- Cəbrayılda daha 37 ailəyə evlərinin açarları təqdim olunub
- Keçmiş döyüşçü: "Allah bundan sonra balalarımıza müharibə qismət eləməsin"
- Cəbrayıla qayıdan sakin: "Ən böyük arzum sülh içində yaşamaqdır"
- Cəbrayıl şəhərinə köç edən ailələrə mənzillərinin açarları təqdim edilib