Vanuatunun prezidenti Baldvin Lonsdeyl ürək tutmasından vəfat edib.
Oxu.Az-ın Report-a istinadla məlumatına görə, o, təcili xəstəxanaya çatdırılsa da, həkimlər prezidentin həyatını xilas edə bilməyib. Baldvin 2014-cü ilin sentyabrından prezident postunu tuturdu. O, buna qədər keşiş olub.
Ölkə konstitusyasına əsasən yeni prezident 3 həftə ərzində parlament üzvləri regional şuraların rəhbərləri tərəfindən seçilməlidir.
A.S.
www.oxu.az