Serbiya Prezidenti Aleksandar Vuçiç məşhur kinorejissor və musiqiçi Emir Kusturitsanı dövlət çevrilişi hazırlamaqda ittiham edib.
Oxu.Az bu barədə "RİA Novosti" agentliyinə istinadla xəbər verir.
Vuçiç jurnalistlərə bildirib ki, Kusturitsa müxalifət nümayəndələri - Novi-Sad Universitetinin professoru Dinko Qruhoniç, siyasətçi Nenad Anak və tarixçi Milo Lomparla birlikdə onun istefasına nail olmaq istəyirlər.
"Heç bir fərq yoxdur, ortaq hədəf var - bu, Vuçiçdir, onu devirməlidirlər və bu onların proqramıdır. Başqa proqram yoxdur", - deyə Serbiya prezidenti vurğulayıb.
