Martın 12-dən start götürən XIII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb.
Oxu.Az xəbər verir ki, forum çərçivəsində ümumilikdə 12 panel müzakirə və bir neçə xüsusi sessiya keçirilib.
Belə ki, forumda "Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət, yeni məsələlər, yeni çətinliklər", "Böhranda çoxtərəflilik: Qlobal əməkdaşlığa yeni baxış", "Birləşmiş Millətlər Təşkilatı 80 illiyində", "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "Danışıqlardan Kənar: COP-u Canlı Saxlamaq Uğrunda Mübarizə", "Orta Dəhliz və Avrasiya Bağlantı Qapısı", "Afrika: Bu gün və sabah", "2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv inkişaf və dayanıqlı bağlantı", "Mənzil sahəsində qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər", "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası", "Beynəlxalq sistemin yenidən qurulmasına çağırış" və "Gənclər danışır, biz dinləyirik" adlı panel müzakirələr keçirilib.
Qeyd edək ki, forum rəsmi olaraq başa çatsa da, martın 15-də bir neçə mövzu ilə əlaqədar əlavə sessiyaların keçirilməsi nəzərdə tutulub.
XIII Qlobal Bakı Forumunun sonuncu günü işinə başlayır.
Oxu.Az xəbər verir ki, forumun üçüncü günündə dörd panel sessiyanın keçirilməsi planlaşdırılıb.
Belə ki, iştirakçılar "Mənzil sahəsində qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər", "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası", "Beynəlxalq sistemin yenidən qurulmasına çağırış" və "Gənclər danışır, biz dinləyirik" adlı panel müzakirələrdə iştirak edəcəklər.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən və 400 nəfərin iştirak etdiyi beynəlxalq tədbir müxtəlif ölkələrin yüksəksəviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək, qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.
Martın 12-dən başlayan forum bu gün işini yekunlaşdıracaq.
Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir.
Məlik Məlikov