Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri, həmçinin xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Zəfər parkını və Zəfər abidəsini ziyarət ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, ziyarətçilər Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.
Onlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri, həmçinin xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Şəhidlər xiyabanı ziyarət ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, ziyarətçilər "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri, həmçinin xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.