Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Xocalı sakinlərinin qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR - VİDEO
Baku TV Xocalı sakinlərinin qətlə yetirildiyi yerdən reportaj hazırlayıb.
Görüntülərdə kütləvi məzarlığın tapıldığı ərazini görmək mümkündür.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib.
Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Həmin görüntüləri təqdim edirik:

"Ağdam" teqi üzrə xəbərlər
- Ağdama qayıdışa az qaldı: "Qarabağ" klubunun Bakıdakı "imarət"inin taleyi necə olacaq?
- Ağdamın Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlanıb
- Ağdamda Fərhadın məşhur heykəli bərpa olunur
- Xankəndi-Ağdam yolunda maşın aşıb, xəsarət alanlar var
- Ağdamda beş yeni məhəllə salınır: Şəhər sıfırdan inşa edilir - GÖYDƏLƏNLƏR UCALDILIR