"Mən Xocalıdan çıxarkən subay idim, indi isə ailəmlə, övladlarımla öz doğma yurduma qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Xocalı şəhərinə köç edən Haqverdi Eldar oğlu Həsənov deyib.
O bildirib ki, hər bir məcburi köçkünün ən böyük arzusu öz yurduna qovuşmaqdır:
"Allah heç bir zaman ölkəmizə, xalqımıza belə çətin günlər göstərməsin, gənclərimizə müharibə yaşatmasın. Çətin günlər yaşadıq, çox itkilər verdik, amma çox şükür ki, həm şəhidlərimizin qanı yerdə qalmadı, həm də torpaqlarımız işğaldan azad edildi.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Xocalı şəhərinə daha 25 ailə (136 nəfər) köçürülür.
Rövşən Əsədov