COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP30-da Azərbaycanın milli bəyanatını təqdim edib.
Oxu.Az xəbər verir ki, COP29-un rəsmi sosial media səhifəsində dərc olunan bəyanatda tədbir zamanı əldə edilən tarixi nəticələr ümumiləşdirilib.
Rəfiyev Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib və bildirib ki, COP29-a sədrliyi uğurla başa çatdıqdan sonra belə, ölkə iqlim təşəbbüslərini həyata keçirmək üçün bütün ölkələrlə sıx əməkdaşlıq etməyə davam edir.
O, həmçinin Azərbaycanın iddialı iqlim təşəbbüslərini də vurğulayıb. Nazir müavini diqqətə çatdırıb ki, rəsmi Bakı 15 il ərzində emissiyaları 40% azaltmaq öhdəliyini sürətləndirir və hədəf tarixini 2050-ci ildən 2035-ci ilə keçirir.
Azərbaycan, həmçinin Xəzər dənizini qorumaq üçün daxili, regional və qlobal səylər göstərir. Baş danışıqçı bir daha beynəlxalq ictimaiyyəti bu həyati əhəmiyyətli sərvəti qorumaq üçün səyləri birləşdirməyə və dəstəkləməyə çağırıb.
Deputy Foreign Minister and COP29 Chief Negotiator Yalchin Rafiyev today delivered Azerbaijan's national statement at COP30. In his remarks, he reflected on the historic outcomes achieved at COP29, reaffirmed Azerbaijan's commitment to multilateralism, and confirmed that… pic.twitter.com/7xqjBNvA1U
— COP29 Azerbaijan (@COP29_AZ) November 17, 2025