Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yaşar Gülər: "Qafqazda sabitlik Bakı ilə İrəvanın sülh sazişini imzalamasından keçir"
"Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından keçir".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. Nazirliyin Mətbuat Xidməti Y.Gülərin çıxışının mətnini yayıb.
Nazir bildirib ki, Ankara bu mövzuda iki ölkənin ortaya qoyduğu səyləri və son zamanlar qət olunan yolu məmnunluqla qarşılayır.
Y.Gülər qeyd edib ki, Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verib və verməyə davam edir:
"Bu gün Qarabağın hər yerində şanlı Azərbaycan bayrağının dalğalanmasından məmnunluq duyuruq. "Bir millət - iki dövlət" şüarı ilə əlaqələrimizi başda müdafiə sənayesi və hərbi əməkdaşlıq olmaqla bütün sahələrdə ən yuxarı səviyyəyə qaldırmağa çalışırıq", - Y.Gülər vurğulayıb.
"Azərbaycanla Ermənistan arasında sülh sazişi" teqi üzrə xəbərlər
- Paşinyan və Makron rəsmi Bakı ilə danışıqları və ikitərəfli münasibətləri müzakirə ediblər
- Ermənistanda növbədənkənar seçki iddiası: Paşinyanın yeni manevri, yoxsa sülhün addım səsləri?
- Azərbaycanla Ermənistan arasında sülh sazişi niyə yubanır? - Prosesə mane olan amillər
- Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında təmaslar davam edir"
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"