Azərbaycan prezidenti İlham Əliyev Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədi ilə sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsindən 7,1 milyon (yeddi milyon bir yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.