Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Yüksəliş" müsabiqəsinin kadr bankı təqdim edilib
"Yüksəliş" müsabiqəsinin kadr bankı barədə təlim keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamını icra etmək məqsədilə "Yüksəliş" müsabiqəsi tərəfindən yaradılan kadr bankının insan resursları sahəsində çalışan rəhbər şəxslərə təqdimatı və təlimi baş tutub. Tədbirdə müxtəlif dövlət və özəl qurumların insan resursları üzrə mütəxəssisləri iştirak ediblər.
Tədbirin açılışında gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edərək qonaqları salamlayıb və kadr bankının məqsədi, strukturu və əhəmiyyəti barədə ətraflı məlumat verib. O, təlimin əsas məqsədinin insan resursları üzrə rəhbərlərinə kadr bankından səmərəli istifadə yollarını öyrətmək olduğunu vurğulayıb.
Daha sonra "Yüksəliş" müsabiqəsinin işçi qrupu tərəfindən kadr bankı platformasının imkanları, funksionallığı və texniki aspektləri üzrə əyani təlim keçirilib. Təlim iştirakçıları platforma üzərindən məlumat axtarışı, namizədlərin profillərinin dəyərləndirilməsi və ehtiyaclara uyğun kadr seçimi kimi vacib proseslərlə tanış edilib.
Qeyd edək ki, kadr bankına "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanı, yarımfinal və final mərhələlərində iştirak etmiş şəxslər daxil edilib. Onlar platforma üzərindən öz peşəkar fəaliyyətləri barədə məlumatları yerləşdirə və mütəmadi olaraq yeniləyə bilərlər. Bu sistem ölkənin istedadlı və yüksək potensiala malik kadrlarının tanıdılması və onların dövlət və özəl sektor tərəfindən cəlb olunması baxımından mühüm alət rolunu oynayır.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Sayca beşinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq sərəncam imzalanıb.
Daha çox foto burada: PhotoStock.az
Aləmdə Nəsib
"Yüksəliş müsabiqəsi" teqi üzrə xəbərlər
- "Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı start götürdü
- Fərhad Hacıyev: "Yüksəliş"in kadr bankına bütün mərhələləri uğurla keçən 3 109 nəfər qoşulub"
- 50 namizəd "Yüksəliş" müsabiqəsindən kənarlaşdırılıb
- Beşinci "Yüksəliş" müsabiqəsi üzrə imtahanların vaxtı açıqlanıb
- Beşinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb