Qeyri-formal məşğulluqda olan şəxslər, yəni sığorta sisteminə daxil olmayan şəxslər belə, ilkin səhiyyə xidməti və təcili tibbi yardım xidmətlərindən ödənişsiz şəkildə yararlana bilirlər. Yəni, hər hansı təcili tibbi yardım halında bu şəxslər xidmətlərdən məhrum qalmayacaqlar".
Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Qanunun layihəsinin müzakirəsi zaman deyib.
Sədr bildirib ki, ilkin səhiyyə xidməti İTSDA üçün prioritet istiqamətlərdən biridir:
"Bu sahə nə qədər inkişaf edərsə, bir o qədər preventiv tədbirlərin görülməsi mümkün olacaq və xəstəxanalara düşən yük azalacaq. Hazırda bu sahədə iki əsas problem var".
"Azərbaycanda 2 500-ə yaxın tibbi məntəqəsi var və onların 43 faizi xidmətə yararsızdır. Eyni zamanda, kadr çatışmazlığı var".
Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Qanunun layihəsinin müzakirəsi zaman deyib.
O bildirib ki, kadr çatışmazlığının həlli ilə bağlı müəyyən təkliflər var:
"Artıq Bərdədə pilot layihəyə start verilib. Bu istiqamətdə bütün səyləri göstəririk".
Sədr həmçinin qeyd edib ki, ilkin səhiyyə xidməti İTSDA üçün prioritet istiqamətlərdən biridir:
"Bu sahə nə qədər inkişaf edərsə, bir o qədər preventiv tədbirlərin görülməsi mümkün olacaq və xəstəxanalara düşən yük azalacaq. Hazırda bu sahədə iki əsas problem var. Qeyri-formal məşğulluqda olan şəxslər, yəni sığorta sisteminə daxil olmayan şəxslər belə, ilkin səhiyyə xidməti və təcili tibbi yardım xidmətlərindən ödənişsiz şəkildə yararlana bilirlər. Yəni, hər hansı təcili tibbi yardım halında bu şəxslər xidmətlərdən məhrum qalmayacaqlar".
Mərahim Nəsib