Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zaxarova: "Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" dəhlizini inkişaf etdirir"
Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin, xüsusilə dəmiryol xəttinin genişləndirilməsi layihəsini həyata keçirir.
Oxu.Az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.
O vurğulayıb ki, Rusiya üç ölkənin nəqliyyat dəhlizinin potensialının ardıcıl surətdə genişləndirilməsini hədəflədiyini məmnunluqla qeyd edir.
"Yeri gəlmişkən, avtomobil marşrutu çoxdan işə salınıb və uğurla fəaliyyət göstərir. Yük axınının həcmi ildən-ilə inamlı templərlə artır. İndi dəhlizin qərb hissəsində dəmir yolu logistikasının yaradılması ilə məşğuluq. Bu, Rəşt və Astara şəhərləri arasındakı sahənin tikintisi layihəsinin həyata keçirilməsindən sonra mümkün olacaq. Bu sahənin uzunluğu 162 kilometrdir", - Zaxarova vurğulayıb.
"Rusiya XİN" teqi üzrə xəbərlər
- Rusiya XİN: "Makron Putinə zəng etmək əvəzinə, ictimai ritorika taktikasına üstünlük verib"
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
- Zaxarova: "Rusiya Ukrayna danışıqlarına ABŞ nümayəndəsinin təyin olunmasını gözləyir"
- Türkiyə və Rusiya XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər
- Azərbaycan səfiri və Rusiya XİN müavini AZAL-ın təyyarə qəzasını müzakirə ediblər