Avropa Siyasi Birliyinin mayın 4-də İrəvanda keçirilən səkkizinci toplantısı çərçivəsində Ermənistanda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski təxribatla üzləşib.
Oxu.Az xəbər verir ki, hadisə Ukrayna liderinin toplantının keçiriləcəyi Karen Dəmirçyan adına idman-konsert kompleksinə gəldiyi zaman baş verib.
Ukrayna prezidenti girişdə jurnalistlərin suallarını cavablandırıb. Fürsətdən istifadə edən erməni mediası təxribata əl atıb. Erməni jurnalistin guya Azərbaycanın 44 günlük müharibə zamanı Ukrayna tərəfindən verilmiş fosfor bombalarından istifadə etməsi barədə heç bir fakta söykənməyən, böhtan və iftira xarakterli sualına Zelenski layiqli reaksiya verib.
Belə ki, Ukrayna prezidenti məhəl qoymayaraq ərazidən uzaqlaşıb və erməni jurnalistlərin təxribat cəhdini nəticəsiz qoyub.