Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Bakı metrosunun sabiq rəisi vəfat etdi](https://images.oxu.az/2017/08/03/08/21/09/91/pizap.com15017340421252:1200.jpg)
Bakı metrosunun sabiq rəisi vəfat etdi
“Bakı Metropoliteni”nin sabiq rəhbəri Vahid Nadirli vəfat edib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC tərəfindən rəsmi mətbuatda yayılan elanda deyilir.
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivi qurumun sabiq rəisi Vahid Nadirlinin vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə dövlət müəssisəsinin elanında qeyd edilib.
Qeyd edək ki, Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmir Yollarında başlayıb. Burada müxtəlif vəzifələrdə çalışan V.Nadirli 1987-ci ilin fevralın 21-də Bakı metrosunun rəisi təyin olunub və 1993-cü ilədək bu vəzifəni tutub.
A.S.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda qəza oldu: Nəqliyyatın hərəkəti ÇƏTİNLƏŞDİ
- Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO
- Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: "Atamın qəyyumluğu ləğv edilsin"
- Azərbaycanda yeni hava limanı tikilir: İşlər nə yerdədir?
Rəylər