Futbol üzrə Türkiyə millisinin baş məşqçisinin adına aydınlıq gəlib.
Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, “ay-ulduzlular”ı bundan sonra Mirça Luçesku çalışdıracaq.
Türkiyə Futbol Federasiyasının rəsmi saytından verilən açıqlamada rumıniyalı mütəxəssislə 2+1 illik müqavilə imzalandığı bildirilib.
Onunla sabah rəsmi müqavilə imzalanacaq. Luçesku Türkiyə millisində illik 2,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Mirça Luçesku daha əvvəl bu ölkənin “Qalatasaray” və “Beşiktaş” klublarında işləyib.
02.08.2017 09:51
Türkiyənin futbol üzrə milli komandasının yeni məşqçisinin adı məlum olub.
Oxu.Az-ın HABERTÜRK-ə istinadən verdiyi məlumata görə, komandaya yenidən Abdulla Avcı başçılıq edəcək.
Türkiyə Futbol Federasiyası rumıniyalı mütəxəssis Mirçea Luçesku ilə anlaşmayıb. Bundan əvvəl Federasiya Türkiyə millisinə 2002-ci ildə keçirilən futbol üzrə dünya birinciliyində bürünc medallar qazandıran Şenol Günəşlə də razılığa gəlməyib.
Qeyd edək ki, A.Avcı futbol üzrə Türkiyə milli komandasına 2011-2013 illərdə başçılıq edib.
İ.F.