Portuqaliyanın paytaxtı Lissabondan 30 kilometr kənarda yüngül motorlu təyyarənin çimərliyə qəza enişi etməsi səbəbindən iki nəfər ölüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ölənlər - 56 yaşlı kişi və onun 8 yaşlı qızı - hadisə zamanı Kaparika çimərliyində istirahət edirdilər.
Şahidlər bildiriblər ki, təyyarə eniş zamanı insanların üzərindən yaxın məsafədə uçub. Bəziləri dərhal suya atılıblar.
İnsident zamanı təyyarədə olan pilot və iki sərnişin xəsarət almayıb.
S.B.
www.oxu.az