Nərimanov rayonunda yerləşən bir neçə binanın eyvanlarından paltar qurutmaq üçün asılan iplər kəsilib.
Bunu Oxu.Az-a açıqlamasında rayonun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov bildirib.
Onun sözlərinə görə, binaların fasadına xələl gətirən nə varsa, mütəmadi olaraq İcra Hakimiyyəti tərəfindən yığışdırılır:
“Yalnız prospektə baxan binalar deyil, digər küçələrdə də binanın eyvanlarından paltar qurutmaq üçün asılan iplər kəsilir”.
İlhamə Əbülfət
www.oxu.az