Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Texniki peşələrin əhəmiyyətinin fərqində olmalıyıq - RƏY
Texniki peşə təhsili heç də ali təhsildən az önəm daşımır və əslində, indi təhsilin bu iki növü arasında fərq get-gedə aradan qalxır.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
Millət vəkilinin sözlərinə görə, Avropanın bir sıra ölkələrində texniki peşə məktəblərini qurtaranlar istəsələr, oradan uyğun ixtisas üzrə birbaşa ali məktəblərin ikinci-üçüncü kurslarından təhsillərini davam etdirirlər:
“Ancaq çoxu buna getmir. Ona görə yox ki, daha bir neçə il oxuyub-öyrənmək lazım gəlir. Ona görə ki, peşəsini dərindən bilən santexniklə elektrikin yaxşı həkim və ya hüquqşünasdan heç də az əhəmiyyətli mütəxəssis olmadığının çoxdan fərqindədirlər. Həm də təkcə dövlət deyil, cəmiyyət və fərd olaraq”.
Millət vəkili hesab edir ki, Azərbaycanda ali təhsillə yanaşı, peşə təhsilinin arxasınca gedənlərin sayı artmalıdır:
“Bunun üçün gözəl hüquqi baza formalaşdırılıb, peşə təhsili ilə bağlı mükəmməl qanun qəbul olunub. Odur ki, bizdə də texniki peşə təhsilinə yiyələnmək istəyənlərin sayı artmalıdır”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
Rəylər