27 
Avq
2018
10:37
14
48
3587
Virtual karabakh

DİM-dən ali məktəblərə qəbul olanlara - XƏBƏRDARLIQ

27 Avq, 2018
10:37
3587

DİM-dən ali məktəblərə qəbul olanlara - XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı sabah başa çatır.

Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 28-i, saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 3-dək davam edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri