28 
Avq
2018
22:16
240
326
7106
Virtual karabakh

Rusiya Azərbaycana rus dilli müəllimlərlə kömək edə bilər

28 Avq, 2018
22:16
7106

Rusiya Azərbaycana rus dilli müəllimlərlə kömək edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Azərbaycana rus dili müəllimləri göndərə bilər. 

Oxu.Az-ın Rusiyanın “Parlamentskaya qazeta” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının elm, təhsil və mədəniyyət üzrə Komitəsi sədrinin müavini Liliya Qumerova deyib. 

O bildirib ki, parlament görüşləri çərçivəsində keçmiş SSRİ respiblikalarına edilən səfərlər zamanı rusiyalı müəllimlərin, habelə dərs vəsaitlərinin göndərilməsi mövzusu həmişə gündəmdə olub.

L.Qumerova qeyd edib ki, bu cür layihələrə Azərbaycan və Qırğızıstanda maraq göstərilib. 

Qeyd edək ki, sentyabrın 1-dən Tacikistan məktəblərində rusiyalı müəllimlər dərs deyəcək. Bu layihə artıq ikinci ildir reallaşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri