16 
Sen
2018
20:14
12
327
4449
Virtual karabakh

Xəzərdə bir nəfər batıb - YENİLƏNİB

16 Sen, 2018
20:14
4449

Xəzərdə bir nəfər batıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 1999-cu il təvəllüdlü Bağırzadə Nazim Hətəm oğlunun axtarışları başa çatıb.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, N.Bağırzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

20:04

Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazi) bir nəfər dənizdə batıb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri