Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bizim qiymətli siqaretlərimiz
Tütün istehlakı artan ölkələrdə bəzi tədbirlər görülür: ictimai yerlərdə siqaret çəkmək qadağan edilir, siqaretdən qurtulmaq istəyən insanlara peşəkar yardım göstərilir və tütün məmulatlarının qiyməti artırılır.
Azərbaycanda siqaretlərin qiymətinin qalxması siqaretlə mübarizə proqramının bir hissəsidir?
İstirahət günlərdə Azərbaycanda siqaretin dəyəri artırıldı: qiyməti iki manatdan ucuz olan siqaretlər 10 qəpik, qiyməti iki manatdan baha olan siqaretlər isə 20 qəpik və daha çox bahalaşdı.
Belə ki, Bakıda ən məşhur siqaretlər – “LD” - 30 qəpik, “Sobranie” – 50 qəpik (2,8 manatdan 3,3 manata), “Kent” 30-40 qəpik bahalaşıb.
Azərbaycan tütünlə mübarizə üzrə konvensiyaya qoşulub və bu, müəyyən öhdəliklər qoyur. Bundan başqa, tütünlə mübarizə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın bir hissəsidir.
Bizdə çəkirlər
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 36 faizi siqaret çəkir. Bu rəqəmlər ötən il ev təsərrüfatlarında aparılan araşdırmalar əsasında əldə edilib.
Araşdırmalara görə, siqaret çəkənlərin 0,4 faizi 15-19 yaşdadır. 20-44 yaşlı insanların 15,2 faizi, 45-64 yaşlıların 21,1 faizi, 65 yaşdan yuxarı insanların isə 16,6 faizi siqaret çəkir. Araşdırmaların nəticəsində siqaret çəkən qadınların sayı göstərilməyib. Ancaq qeyd edilib ki, çəkən qadınlar gün ərzində 17, kişilər isə 20 ədəd siqaretdən istifadə edir.
Belə çıxır ki, bizdə kişilər daha çox və tez-tez çəkirlər.
Bəs ictimai yerlərdə qadağa?
2017-ci ildə belə bir məlumat yayıldı ki, Azərbaycanda siqareti ictimai yerlərdə qadağan edən “Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. Ancaq uzun müddət belə bir sual havada qaldı: strukturlar bu qanunun yerinə yetirilməsinə necə nəzarət edəcəklər?
Bir il keçməsinə baxmayaraq, Bakıda və ölkənin digər şəhərlərində ictimai yerlərdə, əvvəlki kimi, siqaret çəkməyə icazə verilir.
Yeri gəlmişkən, bilirdiniz ki, britaniyalı alimlərin hesablamalarına görə, siqaret çəkilməsi hər gün iş vaxtının 70 dəqiqəsini alır?
Qanunlar var
Bu gün Azərbaycanda tütün istehlakı “Tütün və tütün məhsulları haqqında” qanunla tənzimlənir. Yeni qanunda da, köhnəsi kimi, tütün məmulatları və onların nümunələrinin pulsuz paylanması, tütünün loto, müsabiqələr, idman yarışları və digər tədbirlər zamanı mükafat kimi istifadə edilməsi qadağandır.
Bundan başqa, bu günlərdə tütün məmulatlarını ətraf mühitə atan şəxslərin 50 manat cərimələnməsi ilə bağlı qanun qüvvəyə mindi.
Qanun və cərimələr var, qiymətlər hər altı ayda artır. Bəs ölkədə niyə siqaret çəkənlərin sayı artır və azyaşlılar niyə çəkir?
Sosial şəbəkədə azyaşlı uşaqların siqaret çəkməsi və spirtli içki qəbul etməsinin əks olunduğu video yayılmışdı.
Bəlkə, məsələ cərimə və qadağalarda deyil?
Ümumdünya Səhiyyə Təşkilatının sözlərinə görə, dünyada bir milyarddan çox insan, daha dəqiq desək, hər yeddi nəfərdən biri siqaret çəkir.
Dünyanın bir çox ölkələri daha sərt tədbirlər - ictimai qavrayış tədbirləri baxımından daha təsirli və mənalı işlər görməyə çalışırlar. Gəlin, müxtəlif ölkələrin siqaretlə mübarizə üsullarına nəzər yetirək:
- Böyük Britaniya və Norveç
Norveç və İngiltərədə siqaret çəkənlərin vərdişi, əsasən, tütün qiymətləri ilə dayandırılır. Osloda ən məşhur siqaretlər 13 avro, Londonda isə 9,5 avrodur. Müqayisə üçün deyək ki, Azərbaycandan qiymət artımından sonra belə məşhur siqaretlərin qiyməti 2-3 avronu ötmür.
- Almaniya və İrlandiya
Burada sağlamlıq üçün mübarizə üçün cərimələrdən istifadə edilir: Dublində və ya Berlində siqaret çəkilməsinə icazə verilən barın sahibi 10 min avroyadək cərimə oluna bilər.
- Ən məşhur metod
Avstraliya, Rusiya, Gürcüstan, Türkiyə və Portuqaliyada siqaret çəkilməsi ilə mübarizədə sağlam həyat tərzini təbliğ edən şəkillər siqaret qutularının üzərinə vurulur. Bu ölkələrdə siqaret çəkilməsi üçün külli miqdarda cərimələr nəzərdə tutulmur.
Qiymətli siqaretlərimiz...
Dövlət Komitəsinin məlumatına əsasən, 2018-ci ilin ilk beş ayında ölkədə 1,275 milyard siqaret istehsal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4.2 dəfə çoxdur. Yeri gəlmişkən, bu ilin ilk beş ayı ərzində 2017-ci ildə ümumilikdə istehsal edilən siqaretlərdən (1,241 milyard ədəd) daha çox siqaret hazırlanıb.
Bu ilin sonunda “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün fabriki işə düşəcək. Bu fabrikdə il ərzində üç növ siqaretdən yeddi milyard ədəd məhsul istehsal olunması nəzərdə tutulur.
Xatırladaq ki, qiymət artımı yerli istehsal olan tütün məhsullarında hiss olunmur. Bu artım yalnız ölkəyə gətirilən siqaretlərə aiddir.
Xatırladaq ki, Ümumdünya Bankının meneceri Navid Naqvi dəfələrlə Azərbaycan hökumətinə tütün məhsullarının qiymətlərinin artırılması və siqaretə qadağanın tətbiq edilməsi təklifləri ilə müraciət edib.
Həmçinin, əlavə edək ki, dövlət başçısı öz çıxışlarında dəfələrlə sağlam həyat tərzi mövzusuna toxunub və gəncləri idmanla məşğul olmağa çağırıb.
P.S. Tütün məmulatlarında qiymətlərin tənzimlənməsi ilə bilavasitə məşğul olan müvafiq qurumlara xatırlatmaq istərdik ki, qiymətləri beş dəfə qaldırsanız belə, siqaret çəkənlərin sayını azaltmaq mümkün olmayacaq, ən yaxşı üsul siqaret çəkilməsinə qarşı güclü reklamların və sağlam həyat üçün təbliğatın artırılmasıdır.
Qoy, bizdə də Fransada olduğu kimi, həftədə bir dəfə siqaret çəkməyin zərərləri barədə məktəblərdə söhbətlər aparsın.
Qoy, bizdə də Kanadada olduğu kimi, sağlam həyat tərzini təbliğ etsinlər – ölkədəki saytlarda, qəzetlərdə və telekanallarda bunun təbliği üçün pulsuz reklamlar yerləşdirilsin.
Qoy, yerli istehsal olan qutuların üzərində Türkiyədə olduğu kimi, siqaretin zərərləri ilə bağlı dəhşətli şəkillər yer alsın.
Ə.Ş.
www.oxu.az
"Almaniya" teqi üzrə xəbərlər
- Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
Rəylər