Qida Təhlükəsizliyi Agentliyi bazarlara nəzarəti gücləndirməyə başlayacaq.
AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentlik qida zəncirinin mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir:
“Bazar tipli ticarət mərkəzlərində qida təhlükəsizliyinin təmin edilməsi, məhsulların sanitar-gigiyena tələblərinə uyğun satılması məqsədilə belə satış mərkəzlərinin fəaliyyətinin gələcəkdə təkmilləşdirilməsi və müasirləşdirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə bazar tipli ticarət mərkəzlərinin sahibləri ilə görüşlər təşkil olunur”.
“Agentlik hesab edir ki, sahibkarlar qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz fəaliyyətlərini təkmilləşdirməli və məhsulun təhlükəsiz şəraitdə istehlakçıya təqdim edilməsini həyata keçirməlidirlər”, - deyə AQTA-da qeyd edilib.
İlhamə Əbülfət
Rəylər