Gəncə şəhərində Endokrinoloji Dispanserdə yanğın olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə səhər saat 09:00 radələrində baş verib.
Hadisə nəticəsində zəhərlənənlərin olduğu deyilir.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun Oxu.Az-a açıqlamasında hadisənin təfərrüatını açıqlayıb:
“Hadisə səhər saatlarında Endokrinoloji Dispanserin köhnə və hazırda işlənməyən laboratoriyasında, tavan arasında elektrik naqillərində yaşanan qısaqapanma nəticəsində olub. Dərhal aidiyyəti üzrə hadisə yerinə yanğınsöndürən briqada cəlb edilib. Qısa zamanda təhlükənin qarşısı alınıb. Yanğının tam olaraq hansı səbəbdən baş verdiyi isə araşdırılır”.
Gəncədə xəstəxanada yanğın - VİDEO
Könül Cəfərli
Video - Göndərdi : Nazil Quliyev