10 
Yan
2019
15:44
14
148
3108
Virtual karabakh

Dayanacağı olan avtobusların dayanacaq problemi - VİDEO

10 Yan, 2019
15:44
3108

Dayanacağı olan avtobusların dayanacaq problemi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal rayonunun mərkəzi yollarından olan A.M.Şərifzadə küçəsi, 3 sayılı “ASAN xidmət”in yaxınlığında avtobus dayanacağı var.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, uzun müddətdir nişanı qoyulan dayanacaqdan sanki təkcə avtobus sürücüləri xəbərdardır.

Üç zolaqlı yolun, demək olar ki, yarı hissəsini minik avtomobilləri tutur. Avtobusun ərazidə saxlaması ilə burada yaranan mənzərəni təsəvvür etmək çətin deyil.

Yoldakı qəza mənzərəsini görmək üçün uzun-uzadı müşahidə aparmağa da ehtiyac yoxdur.

Vəziyyət dayanmalı olduğu yerdə dayana bilməyən avtobus sürücülərini də təngə gətirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri