14 
Yan
2019
12:03
28
104
15343
Virtual karabakh

BDU-da yeni təyinat

14 Yan, 2019
12:03
15343

BDU-da yeni təyinat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, BDU-nun rektor (əvəzi) səlahiyyətlərini müvəqqəti icra edən  Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib. 

Firudin Qurbanovun imzaladığı bir digər əmrə əsasən, BDU-nun Kadrlar şöbəsinin müdiri vəzifəsinə Nazim Məcidov təyin edilib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova faktı Oxu.Az-a təsdiqləyib.

Xatırladaq ki, Nazim Məcidov uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsini icra edib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri